Böyük Britaniyada illik inflyasiya avqustda 2,2 faizlə gözləntilər daxilində olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi avqust ayı üçün İstehlak Qiymətləri İndeksi məlumatlarını açıqlayıb.
İyulda inflyasiya 2,2 faiz təşkil edib. Enerji və ərzaq qiymətləri nəzərə alınmadan illik inflyasiya avqustda 3,6 faiz təşkil edib. İyulda baza inflyasiyası illik bazda 3,3 faiz səviyyəsində ölçülüb. Avqust ayında xidmət sektoru inflyasiyası illik bazda yüzdə 5,6 olaraq hesablanıb. İyulda xidmətlər inflyasiyası 5,2 faiz təşkil edib. Baş iqtisadçı Qrant Fitzner məlumatların qiymətləndirilməsində inflyasiyanın avqust ayında üfüqi bir seyir izlədiyini və hava yolları qiymətlərindəki artımın restoran və otellərdəki qiymətlərin azalması ilə balanslaşdırıldığını bildirib.
Fitzner qeyd edib ki, xammal qiymətləri də iki aylıq artımdan sonra azalmağa başlayıb.