Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

18 Sentyabr 2024 10:00 (UTC+04:00)

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, atasına məxsus "Opel” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini Rövşən Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.