Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri

18 Sentyabr 2024 09:55 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. SİA bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 21-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 22-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.