Dünya bazarlarında neft yenidən ucuzlaşıb

18 Sentyabr 2024 09:41 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,56% azalaraq 1 barelə görə 73,29 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti isə 0,60% azalaraq 1 barelə görə 70,76 ABŞ dollarına enib.