Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üçüncü iclası işinə başlayır. SİA xəbər verir ki, tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatlarının və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndənin qatılması gözlənilir.
İclas zamanı Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur. Toplantıda COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə ediləcək.