Əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb

18 Sentyabr 2024 02:51 (UTC+04:00)

Berlində Şpre çayında əyləncə gəmisinin üst göyərtəsinin bir hissəsinin çökməsi nəticəsində 30 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “Bild” qəzeti yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, gəmidə 100-ə yaxın insan olub. Hadisə nəticəsində 3 nəfər ağır, 27 nəfər isə yüngül xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilməyib.