...Belarusun Xoyniki Rayon Prokurorluğu yerli qadın sakinin 3 il müddətində qumar obyektlərinə, o cümlədən virtual obyektlərə getməsinə, habelə qumar oyunlarında iştirakına məhdudiyyət qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Baş Prokurorluğu bildirib.
…Məsələ bundadır ki, arvaddan şikayətçi olan ər prokurora qeyri-adi tələblə müraciət edib.
Və məlum olub ki, qadın üç azyaşlı uşaq böyüdür. O, hazırda üç yaşınadək uşağa görə analıq məzuniyyətindədir və uşaq pulu alır. Ümumilikdə - təxminən 1400 Br (Belarus rublu).
Amma son üç ildir ki, çoxuşaqlı ana qumara qurşanıb. O, əvvəlcə “asılılıqlarına” ayda təxminən 30 Br xərclədiyini söyləyirmiş. Sonra daha aktiv oynamağa başlayıb və bir günün içində aldığı bütün pulu uduzub.
Bundan “narazı qalan” qadın uduzduqlarını qaytarmaq üçün 300 Br-a qədər onlayn kredit də götürüb.
Məsələ bundadır ki, sonradan qadının borclarını ər ödəyirmiş.
Ər, hətta maşını satıb bunun üçün istehlak krediti də götürüb.
Maraqlıdır ki, qumar həvəskarı qayınanasından da borc alırmış.
…Və beləliklə, qadın, ailəsini çətin maliyyə vəziyyətinə salıb.
…Prokurorla söhbətində qadın “hobbisindən” sui-istifadə etdiyini etiraf edib. Amma qeyd edilməlidir ki, qadın belə yerlərə getməsinə qadağa qoyulmasından da narahat deyil.
Əli Babayev