...Müdafiə xərcləri Rusiya büdcəsinin prioritetləri arasında qalmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə 2025-ci il və qarşıdan gələn 3 illik dövr üçün xəzinə layihəsinin hazırlanmasının müzakirə edildiyi iclasda bildirib.
Putinin sözlərinə görə, müdafiə qabiliyyətinin artırılması ilə yanaşı, büdcə xərclərinin əsas istiqamətləri siyahısına Ukraynanın ilhaq edilmiş rayonlarının inteqrasiyasını, habelə vətəndaşlara sosial dəstək və daxili iqtisadiyyatın texnoloji inkişafı daxil edilməlidir.
…Gələn ildən etibarən yeni milli layihələrə start veriləcək. Onların uğurla həyata keçirilməsi üçün maliyyə resursları təmin etmək, lazımi miqdarda federal büdcəyə daxil etmək lazımdır.
Putin bunu nazirlərə xitabən deyib.
…Burada, digər məsələlərlə yanaşı, vergi sistemini tənzimləmək üçün strateji qərarlar işləməlidir, - deyən Rusiya liderı vətəndaşlar və biznes üçün vergilərin artırılmasına istinad edərək, qarşıdakı 6 ildə xəzinəyə 17 trilyon rubl gəlir gətirəcəyini də diqqətə çatdırıb.
2024-cü ilin büdcəsində hökumət hərbi xərclərə 10,8 trilyon rubl daxil edib ki, bu, bir il əvvəlkindən 60 faiz, müharibədən əvvəlki 2021 səviyyəsindən isə üç dəfə çoxdur. Büdcə bütün pulların 30 faizini silahların alınmasına və silahlı qüvvələrin saxlanmasına yönəldib - SSRİ dövründən bəri rekord pay…
…Qeyd edilməlidir ki, neft qiymətləri büdcə üçün problemə çevrilə bilər. Rosbank analitikləri daha əvvəl yazmışdılar: Rusiyanın Urals markalı neftinin bir barelinin qiyməti 60 dollardan bir qədər bahadır, hökumət isə cari il üçün proqnozlarına 70 dollar, gələn il üçün isə 69,7 dollar daxildir.
Əli Babayev