Pussy Riot üzvləri cinayət axtarışına verilib

17 Sentyabr 2024 22:14 (UTC+04:00)

...Rusiya Daxili İşlər Nazirliyi Pussy Riot-un üzvləri Olqa Borisova, Diana Burkot, Alina Petrova və Taso Pletneri cinayət işi üzrə axtarışa verib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə idarənin axtarış məlumat bazasına istinadən xəbər verir.

Qeyd edək ki, söhbətin Cinayət Məcəlləsinin hansı maddəsindən getdiyi göstərilmir.

TASS mənbələrinin məlumatına görə, Pussy Riot üzvlərinə qarşı terrorizmin maliyyələşdirilməsi maddəsi ilə cinayət işi başlana bilər.

Qrup hal-hazırda Riot days konsert turunda iştirak edir və bu səfər zamanı Kiyevdə uşaq xəstəxanası üçün pul yığırlar. Əvvəllər Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Pussy Riot üzvləri Nadejda Tolokonnikova və Veronika Nikulşinanı xarici agentlərin reyestrinə əlavə edib.

Əli Babayev