Adriatik dənizində yeni Bermud üçbucağı tapılıb.
SİA MK.RU-ya istinadən xəbər verir ki, bu üçbucaq Djabuka və Brusnik adaları arasındakı ərazidə və Komiž körfəzinin bir hissəsində yerləşir.
Dibdəki qayaların kompasların fəaliyyətinə mane olduğu güman edilir. Həmin ərazidə əvvəllər də bir neçə qəza baş verib. Burada bir neçə gəmi və təyyarənin itdiyi iddia edilir. Donanma bu sahədə maqnit pozuntularını da qeyd edib. Cihazların işinə, ehtimal ki, dibi və yaxınlıqdakı adaları təşkil edən vulkanik süxurlar təsir edir.
Daha əvvəl bildirilmişdi ki, Bermud üçbucağında gəmilərin yoxa çıxması bu bölgədə müşahidə edilən nəhəng dalğalarla əlaqələndirilə bilər.
Okeanoqraflar Bermud adaları ərazisində dalğaların hündürlüyünün 30 metrə çata biləcəyini deyirlər. Onların meydana gəlməsinə ən çox güclü fırtınalar səbəb olur.
Əli Babayev