İran səfiri peycerin partladılması nəticəsində yaralanıb

17 Sentyabr 2024 19:27 (UTC+04:00)

…İranın Livandakı səfiri Müctəba Əmani peycerin partladılması nəticəsində yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yerli “Mehr” nəşrinə istinadən yazıb.

Qeyd olunur ki, mənbə Əmaninin vəziyyəti ilə bağlı heç bir təfərrüat vermir.

Deyilənlərə görə, onun şəxsi peycerinin partlaması Livanda bu cihazların kütləvi partlayışı fonunda baş verib, nəticədə onlarla insan yaralanıb.

…Beyrutun cənub ətraflarında və Livanın bir sıra digər ərazilərində görünməmiş insident zamanı peycer sisteminin şəxsi rabitə cihazları yüksək texnologiyanın təsiri ilə partladılıb. Onlarla insan yaralanıb.

Bunu Livanın milli xəbər agentliyi NNA xəbər verir. …Medianın məlumatına görə, peycerlər şiə Livanın Hizbullah hərəkatının üzvləri arasında ümumi ünsiyyət vasitəsidir, çünki onlar haker hücumlarına ən az həssas olanlar hesab olunurlar.

Qurğuların kütləvi şəkildə partladılmasının səbəbi hələlik açıqlanmayıb, lakin Livanın Səhiyyə Nazirliyi ölkənin bütün tibb müəssisələrini zərərçəkənlərə təcili yardım göstərmək üçün maksimum hazırlıq rejiminə keçməyə çağırıb.

…Və bütün peycer sahiblərinə cihazlarını dərhal atmaq tapşırılıb.

Əli Babayev