Almaniyanın sərhəd nəzarətini gücləndirməsi digər Avropa İttifaqı üzvlərinin reaksiyasına səbəb olub.
SİA-nın əldə etdiyi məlumata görə, qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyan bu qərar bir sıra ölümcül hücumdan və ifrat sağçılara dəstəyin artmasından sonra qəbul edilib.
Daxili işlər naziri Nensi Feser ilkin olaraq altı ay davam edəcək yoxlamalara ani yoxlamaların da daxil ediləcəyini bildirib.
Polşa və Avstriya qərarla bağlı narahatlığını ifadə edib. Avropa Komissiyası isə bu cür tədbirlərin yalnız müstəsna hallarda görülməli olduğu barədə xəbərdarlıq edib.