İsrail müxalifətinin lideri Yair Lapid Baş nazir Benyamin Netanyahuya Qəzzada atəşkəsin təmin edilməsi ilə bağlı addımlar atması ilə bağlı çağırış edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşdən sonra açıqlama verən Lapid israilli əsirlərin azad edilməsi üçün siyasi maraqların bir kənara qoyulmasının vacibliyini vurğulayıb.
O, buna nail olunmayana qədər İsrailin “sağalmayacağını'' vurğulayıb.