...Polşanın Torun şəhərindəki Nikolay Kopernik Universitetinin astronomları Böyük Ursa bürcündə yeni ekzoplanet kəşf ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Astronomy & Astrophysics” jurnalı yazıb.
Alimlərin fikrincə, bu yeni göy cismi Günəş sistemindəki ən böyük obyektlərdən xeyli böyükdür.
Ekzoplanetin kütləsi Yupiterin kütləsindən 11 dəfə böyükdür və o, 14 il ərzində ulduzun ətrafında tam dövrə vurur.
O, öz ulduzundan altı astronomik vahid məsafədə yerləşir və temperaturu təxminən mənfi 100 dərəcə Selsidir.
Astronomlar planetin cazibə qüvvəsinin təsiri altında ulduzun hərəkətindəki dəyişiklikləri qeydə alan Doppler müşahidə metodundan istifadə ediblər.
Müxtəlif teleskoplardan istifadə etməklə bir neçə il ərzində müşahidələr aparılmışdır.
Nazlı Almuradova