Aİ Ukraynaya 40 milyard avro kredit verir

17 Sentyabr 2024 15:19 (UTC+04:00)

Financial Times-ın Avropadakı mənbələdən əldə etdiyi məlumata görə, Macarıstan Rusiyanın Avropadakı aktivlərinin dondurulması ilə bağlı ABŞ-ın zəmanətinə veto qoyacağı təqdirdə Avropa İttifaqı alternativ variantlar üzərində baş sındırır. ABŞ-la birgə yardım planı əsas plan olaraq qalsa da, ilin sonuna qədər Ukraynaya Aİ-dən 40 milyard avroluq kreditin verilməsi variantı nəzərdən keçirilir.

Məlumata görə, Macarıstan nümayəndəsi Aİ-nin Brüsseldəki səfirlərinə məsələnin ABŞ seçkilərindən sonra həll edilməli olduğunu deyib. Budapeştin qərara veto qoyma ehtimalı ilə Brüssel alternativ axtarır. Ehtimal olunur ki, 40 milyard avroluq kredit mövcud yardımın genişləndirilməsi hesab olunacaq. Bununla bağlı qərar qəbul etmək üçün yekdil səs deyil, Aİ-yə üzv ölkələrin səs çoxluğu tələb olunacaq.

İyun ayında G7 liderləri Ukraynaya 50 milyard dollar kredit ayırmağa razılaşıblar ki, bu kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. ABŞ və Aİ-nin hər birinin 20 milyard dollar götürəcəyi, qalan 10 milyard dolların isə Böyük Britaniya, Yaponiya və Kanada tərəfindən paylaşılacağı güman edilirdi. Bununla belə, ABŞ Rusiya aktivlərinin Avropada dondurulmuş qalacağına dair zəmanət tələb edib.

VƏLİ