Naxçıvanda süni intellekt həlləri ilə dizayn müsabiqəsinə start verilib

17 Sentyabr 2024 16:44 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Yaşıl Azərbaycan gənclərin gözü ilə” süni intellekt həlləri ilə onlayn dizayn müsabiqəsinə start verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, müsabiqədə 14-29 yaş arası gənclər istənilən süni intellekt alətindən istifadə edərək, mövzuya uyğun maksimum 3 dizayn nümunəsi göndərə bilər. Müsabiqəyə təqdim olunmuş materiallar münsiflər heyətinin rəyi və sosial şəbəkələr üzərindən açıq səsvermənin nəticələrinə uyğun olaraq qiymətləndiriləcək. Qatılmaq istəyənlər oktyabrın 20-dək dizayn nümunələrini office@nmys.gov.az elektron ünvanına göndərməlidirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən qalibə qiymətli hədiyyə və diplom təqdim olunacaq.