Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib

17 Sentyabr 2024 16:22 (UTC+04:00)

Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncam ilə Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.