İsrail "Hizbullah"a tammiqyaslı müharibə elan edəcək

17 Sentyabr 2024 16:15 (UTC+04:00)

İsrail tezliklə Livanın İslamçı "Hizbullah" qrupu ilə genişmiqyaslı müharibəyə başlaya bilər. SİA xəbər verir ki, bu barədə “Jerusalem Post” (JP) qəzeti İsrail ordusu və hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Mənbələr bildiriblər ki, 4-6 həftədən çox keçərsə, 2025-ci ilin yazına qədər bunu etmək qeyri-mümkün olacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcək" deyə məlumatda qeyd olunub.

Nəşrin həmsöhbətləri etiraf ediblər ki, müharibə qışdan əvvəl başlaya bilər, çünki soyuq mövsümdə hücum əməliyyatları aparmaq çətin ola bilər.