Azərbaycan-İraq Biznes Şurası yaradılıb

17 Sentyabr 2024 15:34 (UTC+04:00)

Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində iki ölkə arasında Biznes Şurası yaradılıb. SİA xəbər verir ki, bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb.

Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al Zuheyri imzalayıb.