Kremlin sözçüsü Dmitriy Peskov, "Facebook" və "Instagram"ın sahibi "Meta"nın Rusiya media qurumlarına qadağa qoyma qərarının mənfi və qəbuledilməz olduğunu bildirib və bu "Meta" ilə əlaqələrimizi yaxşılaşdırmağı çətinləşdirir ifadələrini səsləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
"Meta"nın Rusiya media qurumlarını platformalarında qadağan etmə qərarını dəyərləndirən Peskov deyib: ""Meta" bu hərəkətləri ilə özünü gözdən salır. Rusiya mediasına qarşı bu cür seçmə hərəkətlər yolverilməzdir. Biz bunu son dərəcə mənfi qərar hesab edirik. Təbii ki, bu, "Meta" ilə münasibətlərimizi yaxşılaşdırmaq imkanlarını çətinləşdirir".
Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusundakı əsgərlərin sayını təxminən 180 min nəfər artıraraq, ümumi hərbi personal sayını 2 milyon 389 min nəfərə çatdıran fərman imzalaması ilə bağlı sualı cavablandıran Peskov bildirib: “Bu qərardan sərhədlərimiz boyu ölkəmizə qarşı təhdidlərdən qaynaqlanır. Bunun səbəbi qərb sərhədlərindəki ekstremizmdir”.