Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen yeni tərkibdə AK üzvləri vəzifələrinə namizədlərin adlarını açıqlayıb. O, həmçinin yeni vəzifələrin - Müdafiə və Kosmik üzrə Avropa komissarı və Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı kimi vəzifələrin yaradıldığını açıqlayıb.
Ursula fon der Leyen Avropa komissarları vəzifəsinə hər Aİ ölkəsindən biri olmaqla 27 namizəd təklif edib. “Komandamın hər bir üzvü öz təcrübəsini və Avropaya baxışını bölüşəcək. Biz birlikdə bir komanda olacağıq, ümumi məqsədə - Avropanı daha güclü etmək üçün çalışacağıq”, - AK rəhbəri X sosial şəbəkəsində yazıb.
O, Avropa Parlamentinin üzvləri qarşısında çıxışında qeyd edib ki, yeni AK-də yerlərin 40%-ni qadınlar tutacaq. Onun sözlərinə görə, Aİ ölkələrindən olan namizədlərin ilk təkliflərindən sonra qadınların nisbəti 22% təşkil edib, lakin danışıqlardan sonra onların təmsilçiliyi genişləndirilib.
Estoniyanın keçmiş baş naziri Kaja Kallas xarici siyasət üzrə Avropa komissarı ola bilər. Xanım fon der Leyen litvalı siyasətçi Andrius Kubiliusu müdafiə və kosmos üzrə Avropa Komissiyasının üzvü, keçmiş Latviya AK üzvü Valdis Dombrovskisi iqtisadiyyat üzrə komissar, Çexiyanın keçmiş naziri Yozef Sikelin xarici tərəfdaşlıq üzrə komissarı və sloveniyalı diplomat Marta Kosu Aİ üzrə komissarı vəzifəsinə təklif edib.
Avropa komissarları vəzifələrinə bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. AK-nin yeni tərkibi noyabrın 1-də işə başlamalıdır. Səlahiyyət müddəti beş ildir.
Ursula fon der Leyen 2019-cu ildə Avropa Komissiyasına rəhbərlik edib. 2024-cü ilin iyulunda Avropa Parlamenti onun yenidən təyin olunmasına səs verib. Xanım fon der Leyen prioritetlərinin Aİ-nin təhlükəsizliyini gücləndirmək olacağını söyləyib.
VƏLİ