"Lənkəran" klubu yeni transferini reallaşdırıb

17 Sentyabr 2024 14:41 (UTC+04:00)

Azərbaycan Baketbol Liqasının debütantı "Lənkəran" yeni transferini reallaşdırıb. Klubdan SİA-ya verilən məlumata görə, cənub təmsilçisi heyətini ABŞ-li oyunçu Qreqory Milton ilə gücləndirib.

190 sm boya malik Milton universal basketblçu sayılır. O, həm müdafiəçi, həm atıcı, həm də oyun qurucu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerasında Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.