Sosial Tədqiqatlar Mərkəzi tərəfindən yeni bir tədqiqat sənədi hazırlanıb. SİA-nın məlumatına görə, belə ki, Mərkəz əməkdaşları "Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri" adlı analitik hesabatı təqdim etməyə hazırlaşırlar.
Eyni zamanda, analitik sənədin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsi üçün ingilis dilində nəşrə hazırlanması da planlaşdırılır.