İlk dərs günündə itkin düşən məktəbli TAPILDI

17 Sentyabr 2024 14:10 (UTC+04:00)

İsmayıllıda ilk dərs günü itkin düşən yeniyetmə tapılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

16 yaşlı İbrahim Babazadə İsmayıllı rayonunda tapılaraq ailəsinə təhvil verilib.