Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb

17 Sentyabr 2024 14:07 (UTC+04:00)

Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb. SİA məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.