“Mülki müqavilə” bloku dövlət protokolunun əsas tələblərinə belə məhəl qoymamaqda davam edir. Bu da öz növbəsində, Ermənistanın xarici reytinqinə son dərəcə mənfi təsir göstərir. SİA “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, avqust ayında Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş keçmiş deputat Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətlərini Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinə təqdim edib və bu da rəsmi olaraq səlahiyyətlərin qəbul edilməsinə işarədir.
Dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan məmur adətən etimadnaməsini vəzifələrini icra edəcəyi dövlət başçısına verir. Məsələn, Ermənistan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Vaqarşak Arutyunyan 2022-ci ildə vəzifəsinin icrasına başladıqdan sonra etimadnaməsinin surətlərini Rusiya prezidenti Vladimir Putinə təqdim edərkən belə olub, lakin Arsenyan Putin tərəfindən qəbul edilməyib.
“Joxovurd” qəzeti Ermənistanın Rusiyadakı səfirliyindən verilən xəbərdə qeyd edir ki, Qurgen Arsenyan səfir vəzifəsinə başlayanda nədənsə etimadnaməsinin surətlərini Rusiya Federasiyasının prezidentinə deyil, xarici işlər nazirinin müavini Mixail Qaluzinə verib. Ermənistan tarixində demək olar ki, bu, görünməmiş bir hadisədir.
SƏBİNƏ