Azərbaycan Premyer Liqasında çıxış edən iki klub cərimələnib

17 Sentyabr 2024 13:18 (UTC+04:00)

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən iki klubu cərimələyib. SİA xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

"Sumqayıt" isə 700 manat ziyana düşüb. Buna "gənclik şəhəri" təmsilçisinin "Şamaxı"ya uduzduğu (0:1) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

"Kimyaçılar" oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından əlavə 500 manat da ödəməli olacaq.