"Gəncə" heyətinə legioner basketbolçu cəlb edib

17 Sentyabr 2024 12:13 (UTC+04:00)

"Gəncə" basketbol klubu heyətinə daha bir legioner cəlb edib. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Marqus Gilsonla müqavilə imzalanıb. 25 yaşlı mərkəz oyunçusu mövsümün sonunadək "Gəncə"nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, M.Gilson son mövsümü Gürcüstanda keçirib. O, "Kutaisi" ilə ölkə çempionu olub.