Azərbaycan millisinin iki üzvü əməliyyat olunub

17 Sentyabr 2024 11:51 (UTC+04:00)

Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat edilib. Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

T. Bayramovun 5, Ə.Rzazədənin isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.