Peruda meşə yanğınlarında 15 nəfər ölüb

17 Sentyabr 2024 11:00 (UTC+04:00)

Perunun müxtəlif bölgələrində iyul ayından bəri davam edən meşə yanğınlarında ilkin məlumatlara görə, 15 nəfər həyatını itirib, 3 min hektardan çox becərilən kənd təsərrüfatı sahəsi və təbii ərazilər yanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peru Mülki Müdafiə rəsmilərinin verdiyi açıqlamaya görə, iyul ayından bu yana yanğınlar nəticəsində 15 nəfər həyatını itirib, onlardan 10-u son iki həftədə baş verib.

Səlahiyyətlilər yanğınlar nəticəsində 98 nəfərin xəsarət aldığını, 334 iribuynuzlu heyvanın tələf olduğunu, ən azı 3 min hektar əkin sahəsinin və təbii ərazilərin külə döndüyünü bildirib. Səlahiyyətlilər yanğınların bəzilərinin Amazon bölgələrində olduğunu və bunun müdaxiləni çətinləşdirdiyini, buludların, tüstünün və küləyin havadan yanğınlara müdaxiləsini çətinləşdirdiyini qeyd edib.