Nigar Alimova Ucarda vətəndaşları qəbul edib - FOTOLAR

17 Sentyabr 2024 10:41 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Ucarda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edib. SİA Dövlət Xidmətinə istinadən xəbər verir ki, qəbulda 67 vətəndaş iştirak edib.

Qəbula gələnlər daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, mülkiyyətçilərə onlara məxsus torpaqların naturada (yerində) tanıdılması, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatında qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

Qəbulda qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlərə mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, qanunvericiliyin tələbləri izah olunub.