Bakıda içində 15 min manata yaxın pul olan çanta oğurlanıb

17 Sentyabr 2024 10:26 (UTC+04:00)

Bakıda içində 15 min manata yaxın pul olan çanta oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da rayon ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.