İranda avtobusun aşması nəticəsində 10 nəfər ölüb

17 Sentyabr 2024 09:58 (UTC+04:00)

İranın Yəzd şəhərində avtobusun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran İşçi Xəbər Agentliyinin məlumatına görə, Yəzd Qızıl Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Aşiqi qəza ilə bağlı məlumat verib.

Aşiqi deyib: "Gecə yarısı avtobus Sagend şosesindəki Robat kəndi yaxınlığında aşıb. Qəzada 10 nəfər ölüb, 36 nəfər yaralanıb".

Qəzanın səbəbləri barədə məlumat verməyən İran rəsmisi yaralıların bölgədəki xəstəxanalara göndərildiyini qeyd edib.