8 Noyabr prospektində hərəkətə məhdudiyyət

17 Sentyabr 2024 09:41 (UTC+04:00)

8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib.