Fəaliyyətin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir - ƏLİ NAĞIYEV

17 Sentyabr 2024 09:17 (UTC+04:00)

Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir. SİA xəbər verir ki, bunu Bakıda keçirilən təhlükəsizlik forumunda DTX-a rəisi Əli Nağıyev deyib.

DTX rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmayıb:

“Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir”.