Bayden sui-qəsd cəhdindən sonra Trampla danışdı

17 Sentyabr 2024 06:38 (UTC+04:00)

ABŞ-nin hazırkı lideri Co Bayden bazar ertəsi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla telefon danışığında mümkün sui-qəsd cəhdində xəsarət almadığı üçün sevincini ifadə edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Emili Simons “X” hesabında bildirib.

“Prezident Bayden keçmiş prezident Trampla danışdı və onun təhlükəsiz olduğuna dair rahatlığını bildirdi. Onların arasında səmimi söhbət oldu və keçmiş prezident zəngə görə minnətdarlığını bildirdi”, - o yazıb.

Qeyd edək ki, Bayden daha əvvəl jurnalistlərə Trampa zəng etdiyini, lakin onunla əlaqə saxlaya bilmədiyini bildirmişdi.