“Real”ın 18 yaşlı ulduzu evləndi - FOTOLAR

17 Sentyabr 2024 06:23 (UTC+04:00)

Braziliya millisinin və “Real Madrid”in 18 yaşlı gənc ulduzu Endrik 21 yaşlı model Qabrieli Miranda ilə evlənib. SİA xəbər verir ki, bu barədə Miranda sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, futbolçu və model 2023-cü ilin dekabrında görüşməyə başlayıblar.

Xatırladaq ki, Endrik 2024-cü ilin yayında 47,5 milyon avroya “Palmeyras”dan “Real Madrid”ə keçib. O, “kral klubu”nun heyətində 4 matça çıxıb və 1 qol vurub. La Liqanın 2-ci turunda “Valyadolid”lə qarşılaşmada fərqlənən Endrik “Real” tarixində qol vuran ən gənc əcnəbi futbolçu olub.