Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Almaniyanın Federal Kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilməz şəkildə ləğv edilib. SİA xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.
Bildirilib ki, mətbuat konfransı Astana tərəfinin təşəbbüsü ilə ləğv edilib. Bu qərarın hansı səbəblə verildiyi isə açıqlanmayıb.
Qeyd edək ki, liderlər Astanada iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.