Boris Bekker üçüncü dəfə evlənib

17 Sentyabr 2024 02:47 (UTC+04:00)

Böyük Dəbilqə turnirinin altıqat qalibi Boris Bekker üçüncü dəfə evlənib. SİA xəbər verir ki, o, Lilian de Karvalo Monteyro ilə ailə qurub.

33 yaşlı Lillian siyasi risk meneceridir və cütlük 2022-ci ildən görüşməyə başlayıb.

Cenuyadakı qonaqlar arasında keçmiş futbolçu Ruud Qullit, alman aktyor və model Boris Kodjoe, ATP sədri Andrea Qaudenzi və Borisin ilk evliliyindən olan oğulları Noa və Elias də olub.

Üç gün davam edən şənlikdə ümumilikdə 150-yə yaxın qonaq iştirak edib.

Bu, 56 yaşlı Bekkerin üçüncü evliliyidir və onun dörd övladı var. Boris ikinci həyat yoldaşından 2018-ci ildə boşanıb.