Trampa qarşı yeni sui-qəsd Zelenskiyə ağır zərbə vurub..?

17 Sentyabr 2024 00:57 (UTC+04:00)

...Artıq məlum olduğu kimi, bu yaxınlarda ABŞ prezidentliyinə namizəd respublikaçı Donald Tramp yeni sui-qəsd cəhdinə məruz qalıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Məxfi Xidmət əməkdaşları kolların arasında gizlənən şəxsə atəş açıblar.

Onun göründüyü yerdə optik nişangahlı AK-47 avtomat tüfəngi, iki kürək çantası və GoPro aksiyon kamerası aşkar edilib.

Sonradan məlum olub ki, demə, hücum edən şəxs vaxtilə Kiyevə gəlibmiş və Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün adamlar cəlb edən Ukrayna tərəfdarı görüşübmüş.

…Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev (“Rodina” partiyası) əmindir ki, bu hal Ukrayna lideri Vladimir Zelenskinin imicinə son dərəcə mənfi təsir göstərir.

Lakin bu, Rusiya üçün hətta faydalı ola bilər ki, bu da onlara Kiyev rejiminin terrorçu mahiyyətini dünyaya sübut etməyə imkan verəcək.

Juravlev belə hesab edir və o, deyəsən 100 faiz əmindir ki, Rusiya üçün Amerikada son nəticədə kimin prezident olmasının fərqi yoxdur - respublikaçı Donald Tramp və ya demokrat Kamala Harris.

…ABŞ hakimiyyətdə kimin olmasından asılı olmayaraq, anti-Rusiya kursunu davam etdirəcək.

RİA Novosti bunu Juravlevdən sitat gətirir.

Əli Babayev