Göygöldə iki nəfər bıçaqlanıb

16 Sentyabr 2024 22:40 (UTC+04:00)

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Belə ki, iki nəfər bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.