"Real" Mendi ilə yeni müqavilə imzaladı

16 Sentyabr 2024 22:15 (UTC+04:00)

"Real" sol cinah müdafiəçisi Ferland Mendi ilə yeni müqavilə imzalayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri paylaşıb.

Bildirilir ki, 29 yaşlı fransız Madrid klubu ilə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.

Futbolçunun klubla əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərə tutulmuşdu.

Qeyd edək ki, "Real" Mendini 2019-cu ilin yayında "Lion"dan 48 milyon avroya alıb.