Mali, Niger və Burkina Faso ortaq pasport planını açıqlayıb

16 Sentyabr 2024 21:16 (UTC+04:00)

Mali, Niger və Burkina Fasonun hərbi liderləri tərəfindən yaradılan Sahel Dövlətləri Alyansı (AES) ortaq pasportun istifadəyə verilməsi ilә bağlı planı açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, yeni pasport əməkdaşlığı vә təhlükəsizliyi artırmaq, hәmçinin üç ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi daşıyır.
Malinin hərbi lideri, polkovnik Assimi Qoita da kommunikasiya səylərini birləşdirmək üçün ortaq bir məlumat kanalı üçün planlarını açıqladı.