Kremlin təbliğatçısı Korobov öldürülüb

16 Sentyabr 2024 20:06 (UTC+04:00)

…Sentyabrın 15-də Belqorodda rusiyalı təbliğatçı Aleksandr Korobov (Crab) öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, hərbi cinayətkarın kəllə sümüyü sınıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

…Korobov "Rossiya 1" kanalında işləyib və onun Belqorod stansiyasına rəhbərlik edib. O, Rusiya ordusundakı hərbi cinayətkarları mütəmadi olaraq tərifləyirdi.

Bundan əlavə, təbliğatçı "Zvezda" telekanalı (Rusiya Müdafiə Nazirliyinin resursu) üçün məhsullar hazırlayıb və buna görə dəfələrlə Putindən mükafatlar alıb.

Əli Babayev