Proqramımızın bugünkü hissәsindә sizi tarixi səyahətə çıxarmaq istəyirik. Xetlәr bizim mədəni qohumlarımızdır, cünki deyәrәk söhbәtimizә başlayırıq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Xetlәr eramızdan əvvəl 1600-1200-cü illər arasında Anadolunun böyük hissəsini idarə edən güclü bir sivilizasiya olub. Misirlə Kadeş döyüşü nəticəsində imzalanan ‘’Kadeş’’ müqaviləsi tarixdə mәlum olan ilk yazılı müqavilədir. Xetlәrin paytaxtı Hattuşa, yəni bugünkü Çorumun Boğazköy qəsəbəsi olub. Xetlәr zәngin mədəniyyətə və mətbəx ənənəsinə malik olub. Günümüzdә Anadoluda xetlәrin izlərini daşıyan bir çox adət-ənənələr hәlә dә yaşadılır.
Arxeoloji tədqiqatlar zamanı aşkar edilən tapıntılar xetlərin yeməyә verdiyi əhəmiyyətdәn xәbәr verir. Yeməklərlə bağlı qaydalar, əməl etməyənlərə qarşı sərt cəzalar vә reseptlər xetlərin qələmə aldığı məlumatlar arasındadır. Xet mətbəxi taxıl məhsulları, ət və müxtəlif bitkilərdən ibarətdir. Bu gün Anadolu mətbəxində oxşar mәhsullardan geniş istifadə olunur. Xet mətbəxinin əsasını təşkil edən dənli və paxlalı bitkilər, xüsusilə buğda, arpa, noxud və mərcimək bu gün Anadolunun vazkeçilməz qida mәhsulları arasındadır.
Xetlәrә mәxsus gil lövhələrdə onlarla çeşid çörәk reseptini görmәk mümkündür. Xetlilərin bəzi çörək növlərini ət və tərəvəzlə doldurduğu da məlumdur. Bu gün xüsusilə kəndlərdə hazırlanan təndir çörəyi və bazlama kimi ənənəvi çörəklər Xet mətbəxinin izlərini daşıyır. Bundan əlavə, mantı və börək kimi tәamlar bu ənənənin bir hissәsidir.
Anadolu mətbəxinin vazkeçilmәz tәamlarından olan kabab növləri, küftə və ‘‘güveç’’ Xet mətbəxinin izlәrini daşıyır. Xetlәrin ətə müxtəlif ədviyyatlar və göyәrti әlavә etmәsi Anadolu mətbəxində ədviyyatların istifadəsinə təsir edən amillәrdәn biri kimi hesab edilir. Xet mətbəxinin digər mühüm xüsusiyyəti mərasim üçün hazırlanan tәamlardır. Xetlәr dini və ictimai mərasimlər zamanı böyük ziyafətlər təşkil ediblәr. Bu mərasimlərdə bişirilәn yeməklər ictimai əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.