İranın dəstəklədiyi husilər ölkənin şimalındakı Zemar şəhərində ABŞ-a məxsus daha bir silahlı pilotsuz uçuş aparatını (PUA) hədəf aldıqlarını açıqlayıb.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ ordusuna aid ''MQ-9'' tipli PUA-nı Zemar şəhərində vurduqlarını bildirib.
Seri qeyd edib ki, ABŞ PUA-sı Zemar şəhəri səmasında hücum missiyası zamanı husilərin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Sözçü Seri Qəzza zolağına dəstək məqsədilə apardıqları mübarizə zamanı məhv etdikləri ''MQ-9'' tipli PUA-ların sayının 10-a yüksəldiyini bildirib.