"Lənkəran" klubu yeni transferini reallaşdırıb

16 Sentyabr 2024 17:11 (UTC+04:00)

Azərbaycan Baketbol Liqasının debütantı "Lənkəran" yeni transferini reallaşdırıb. SİA xəbər verir ki, cənub təmsilçisi Rəşid Abbasovu heyətinə qatıb.

20 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu NTD olub.

Qeyd edək ki, R.Abbasov Azərbaycanın U-18 və U-20 millisinin də formasını geyinib.