Naxçıvanda cari ilin səkkiz ayı ərzində əlillik təyin olunan şəxslərin sayı

16 Sentyabr 2024 17:10 (UTC+04:00)

Naxçıvanda bu ilin yanvar-avqust ayları üzrə əlillik təyin olunan şəxslərin sayı açıqlanıb. SİA xəbər verir ki, 2024-cü ilin yanvar-avqust ayları üzrə Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 1450 şəxsə əlillik təyin olunub

Onlardan 906 nəfərə ilkin, 544 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.