Pakistan şirkətləri COP29-a dəvət olunub

16 Sentyabr 2024 16:42 (UTC+04:00)

Pakistan şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

"Təbii ehtiyatlar ölkə iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, Azərbaycan ekoloji davamlılığa sadiq qalır. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlılıq üzrə qlobal müzakirələrdə fəal rolunu gücləndirir", - deyə o qeyd edib.