"Sumqayıt" basketbol klubu 3 oyunçu ilə müqavilə imzalayıb

16 Sentyabr 2024 16:24 (UTC+04:00)

"Sumqayıt" basketbol klubu 3 oyunçu ilə müqavilə imzalayıb. SİA xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsüm komandada çıxış edən İsmayıl Əliyevlə yenidən anlaşıb.

Bununla yanaşı, klub ötən mövsüm "Neftçi"nin formasını geyinən Zaur Quşanov və Türkiyənin "Ormanspor" klubunda oynamış Saadettin Donatla 1 illik müqavilə bağlayıb.